ABŞ İran və ərəb ölkələri ilə gizli danışıqlar aparıb

ABŞ bir neçə ərəb ölkəsi ilə birlikdə İranla atəşkəs və Yaxın Şərqdə sülhün bərpası ilə bağlı gizli danışıqlar aparır.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb.

Telekanalın öyrəndiyi kimi, sülh təşəbbüsü tərəflərin “bütün cəbhələrdə eyni vaxtda” barışmasını nəzərdə tutur.

Eyni zamanda, İsrail bu danışıqlarda tərəf deyil, lakin onların gedişatı barədə məlumatlandırılır.

Aydın olur ki, Təl-Əviv bu cür məsləhətləşmələrlə bağlı mövqeyini hələlik Vaşinqtona bildirməyib.

İsrailin yüksək rütbəli rəsmisinin sözlərinə görə, İsrail güclü mövqedədir və atəşkəs onun şərtlərinə uyğun olacaq.

Yüksək rütbəli qərb diplomatı bildirib ki, öz növbəsində Livanın mövqeyi İsrail ordusunun Beyruta hücumlarından sonra İsraillə barışıq lehinə dəyişməyə başlayıb.

Qey edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun cənub ətrafı ilə sərhəddəki Hadat bölgəsindəki binaya zərbələr endirib.

Livanın paytaxtı bir neçə gündür ki, hücuma məruz qalır.

 

 

Gununsesi.info