
ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Bakıdakı Səfirliyi öz feysbuk hesabında paylaşıb.
“Biz COP29-un konfransqabağı görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək üçün ölkəyə gələn Prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı səmimiyyətlə salamlayırıq”, – deyə paylaşımda qeyd olunub.