ABŞ-dən qorxulu xəbərdarlıq: - “Sistem dəyişməsə, insanlar öləcək”

ABŞ-ın nəqliyyat naziri Şon Daffi ölkənin aviasiya sektoruna ciddi xəbərdarlıq edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Nəqliyyat Naziri Şon Daffi iddia edib ki, ölkə yeni hava hərəkətinə nəzarət sisteminə sərmayə qoymasa, insanlar həyatını itirəcək.

“Əgər biz tam yeni sistem qurmasaq, uğursuzluqlar olacaq və insanlar öləcək”, – deyə nəqliyyat naziri bildirib.

Duffy, hava nəzarətçilərinin “disketlər” və “köhnə kompüterlər” istifadə etdiyini, sistemlərin “mis naqillər” üzərində qurulduğunu söylədi.

Uçuş gecikmələri və ləğvləri köhnə sistemlə əlaqələndirdi.

Tramp administrasiyası yeni sistemin ölümcül qəzaların qarşısını alacağını iddia edir.

Orxan

Gununsesi.info