“Zelenski mənim rəhbərliyim altında işləməyə hazırdır”

  • By Günel
  • 05 Mart 2025 08:57

“Bu gün prezident Zelenskidən məktub aldım ki, o, davamlı sülhə nail olmaq üçün mənim rəhbərliyi altında işləməyə hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump Konqresdəki çıxışında danışıb.

“Ukrayna istənilən vaxt minerallar sazişini imzalamağa hazırdır. Mən bu məktubu yüksək qiymətləndirirəm. Rusiya ilə də ciddi danışıqlar apardıq və onların sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq. Bu çılğınlığa son qoymağın vaxtıdır”.