Sumqayıtda qadın qadını bıçaqladı

  • By Günel
  • 05 Mart 2025 08:20

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info