Tramp: Ukrayna istənilən vaxt resurslarla bağlı sazişi imzalamağa hazırdır

  • By Günel
  • 05 Mart 2025 08:02

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkədə nadir torpaq metallarının hasilatının genişləndirilməsi ilə bağlı tarixi qərar bu həftə veriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Konqresdəki çıxışında danışıb.

Tramp həmçinin bir sıra kritik mineralların hasilatını və istehsalını genişləndirməyi planlaşdırır.

Onun sözlərinə görə, bu, milli təhlükəsizliyi gücləndirmək, Çin və digər ölkələrdən idxaldan asılılığı azaltmaq üçün lazımdır.

Tramp bildirib ki, Ukrayna lideri Volodimir Zelenski danışıqlara hazırdır: “Zelenski mesajında ​​qeyd edib ki, Ukrayna istənilən vaxt resurslarla bağlı sazişi imzalamağa hazırdır”.

Gununsesi.info