
Milli Məclisin altıncı çağırışı gələn həftə işini yekunlaşdıracaq.
Gununsesi.info xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.
Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.
Məlumatı Milli Məclisin deputatları da təsdiqləyiblər.