
Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil 2008-ci il təvəllüdlü Osmanova Leyla Fariz qızını vurub.
Piyada Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info