İzmirdə meşə yanğını başlayıb

  • By ilhame
  • 21 İyun 2024 19:41

Türkiyənin İzmir şəhərində meşəlik ərazidə yanğın başlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

Bildirilib ki, əraziyə 2 helikopter, 2 su təchizatı maşını və 2 dozer göndərilib.

 

Yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.

 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Gununsesi.info