Aİ iyunda Ukrayna ilə təhlükəsizliyə dair sənəd imzalaya bilər

  • By ilhame
  • 21 İyun 2024 20:56

Avropa İttifaqı (Aİ) iyunda Ukrayna ilə ölkəyə təhlükəsizlik zəmanəti verəcək sənəd imzalamağa ümid edir.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi təşkilatın xarici işlər nazirlərinin iyunun 24-də baş tutacaq görüşündən əvvəl açıqlayıb.

 

“Nazirlərin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklərini gözləyirik. Mətni tezliklə yekunlaşdıracağıq və ayın sonuna qədər imzalanacağına ümid edirik”, – o bildirib.

Gununsesi.info