Selə düşən vətəndaşları FHN işçiləri xilas etdi -Video

Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən 3 nəfər avtomobildə təhlükəli vəziyyətdə qalıb.

Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış “NİVA” markalı minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.

Selə düşən vətəndaşları FHN işçiləri xilas etdi -  VİDEO