
Bu gün Bakı İdman sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə döyüş idman növləri üzrə festival keçirilib.
Gununsesi.info xəbər verir ki, festivalda idman sahəsində uğur qazanmış şəxslərlə yanaşı, siyasətçilər və dövlət xadimləri də iştirak ediblər.
Yarışda əməkdar məşqçi Yuriy Mustafayevin tələbəsi Elen Məmmədrzayeva 1-ci yerə çıxıb.
Babayev Nurman 1-ci, Əhmədzadə Tuncay 3- cü, Babayev Yusif 3-cü, Salamzadə Teymur 3-cü yerə, Sabrina Məmmədrzayeva 2-ci yerə yüksəlib.
Festival idmançıların çıxışından sonra təltif edilməsilə və sonda musiqili kompozisiya ilə başa çatıb.