
Yazıçı Məmməd Orucun “Köçürülmə” romanının təqdimatı və imza saatı olacaq.
Gununsesi.info xəbər verir ki, təqdimat 3 may saat 14:00-da LİBRAFF-ın Park Akademiya filialında keçiriləcək.
Qeyd edək ki, “Köçürülmə” romanında hadisələr İkinci Dünya müharibəsindən sonra Vedibasar əhalisinin vaqonlara doldurularaq, əzab-əziyyətlə Azərbaycanın İranla sərhəd ərazilərinə mühacirəti təsvir olunur.
Romanda o qədər acınacaqlı, təsirli səhnələr var ki, oxucunun qəlbində fırtınalar qoparır.
Bu köçün balaca iştirakçılarından olan müəllif özü bütün bu hadisələri gözləri ilə görmüş, canlı şahidi olmuşdur.
Kitab “Çardaq Nəşriyyatı”nda çap olunub.