
Vatikan Papa Fransiskin vəfatından sonra yeni lider seçməyə hazırlaşır. Mayın 7-də başlayacaq Konklav üçün Sikstin kapellasının damına baca quraşdırılıb.Bacadan çıxan tüstünün rəngi dünyaya yeni Papanın seçilib-seçilmədiyindən xəbər verəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin ölümündən sonra yeni Papanın seçilməsi prosesi başlayır.
Fransiskin varisinin seçilməsi ilə bağlı yığıncaq öncəsi Sikstin kapellasının damında baca quraşdırılması işlərinə də başlanılıb.
Çərşənbə günü başlayacaq konklavda 133 kardinal səs verəcək və verilən hər bir səs bu bacadan yandırılacaq.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, Vatikan yanğınsöndürmə idarəsinin cümə günü baca üzərində sınaq işləri aparacağı gözlənilir.