Azərbaycanlı gənc musiqiçilər Vyanada klassik konsert proqramı ilə çıxış ediblər - FOTOLAR

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı gənc musiqiçilər Xədicə Cahangirova (fortepiano) və Surə Rüfət Həsənli (skripka) klassik konsert proqramı ilə çıxış ediblər.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə baş tutan konsert görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.