
Qəzzaya humanitar yardım aparan gəmi Malta sahillərində hücuma məruz qalıb. Yardım qrupları beynəlxalq sularda səyahət edən mülki gəmiyə hücuma görə İsraili məsuliyyət daşıyır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzzaya humanitar yardım və fəalları daşıyan gəmi Fələstin ərazilərinə gedərkən Malta sahillərində beynəlxalq sularda hücuma məruz qalıb.
Pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınan gəminin zədələndiyi bildirilir.
Azadlıq Donanması Koalisiyası verdiyi açıqlamada, “Malta vaxtı ilə saat 00:23-də Azadlıq Donanması Koalisiyasına məxsus “Vicdan” gəmisi beynəlxalq sularda birbaşa hücuma məruz qaldı” deyib.
İsrail hələlik iddia ilə bağlı açıqlama verməyib.
Orxan