
ABŞ prezidenti Donald Tramp iki media orqanının “qərəzli” olduqlarını əsas gətirərək onlara ayrılan maliyyəni kəsən sərəncam imzalayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev prezident Donald Trampın media fondları ilə bağlı imzaladığı sərəncamla bağlı açıqlama verib.
NPR və PBS hər il İctimai Yayım Korporasiyasından (CPB) milyonlarla dollar alır və “qərəzli” olmaqda ittiham olunan bu təşkilatların federal maliyyələşdirilməsi qanunun icazə verdiyi maksimum dərəcədə dayandırılıb.
Bəyanatda deyilir ki, bütün federal qurumlar birbaşa və ya dolayısı ilə NPR və PBS-nin maliyyələşdirilməsini dayandırmağa, mövcud müqavilələri nəzərdən keçirməyə yönəldilmişdir.
PBS-in baş direktoru Paula Kerger keçən ay bildirib ki, Trampın medianın maliyyələşdirilməsini azaltmaq səyləri PBS-nin Amerika ictimaiyyətinə təqdim etdiyi əsas xidmətləri “pozacaq” .
Martın 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Respublikaçı Konqresmen Marjorie Taylor Greene və ictimai yayımçı NPR və PBS rəhbərləri həmin qurumların sol-liberal yayımla məşğul olub-olmaması ilə bağlı mübahisə ediblər.
Orxan