Ölkələrinə dönən suriyalıların sayı açıqlandı

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Suriyada illərlə davam edən vətəndaş müharibəsi və miqrasiyadan sonra perspektivli inkişafı açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, UNHCR tərəfindən edilən açıqlamada 2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalının ölkələrinə qayıtdığı bildirilib.

Bəyanatda suriyalıların ölkələrinə qayıtmasının ümidverici bir inkişaf olduğu qeyd edilərkən, onların həyatlarının yenidən qurulması prosesinin ciddi çətinliklər yaratdığı vurğulanıb. Evini itirən, uzun müddət təhsil və səhiyyə xidmətlərindən məhrum olan milyonlarla insanın normal həyata qayıtması üçün çoxşaxəli dəstəyə ehtiyacı olduğu bildirilib.

Birləşmiş Millətlər; sığınacaq, səhiyyə xidmətləri, təhsil imkanları və dolanışıq imkanlarının ölkələrinə qayıdan suriyalılar üçün ən kritik ehtiyaclardan olduğunu vurğulayıb. Bəyanatda həmçinin qeyd olunub ki, bu prosesdə ailələrin yenidən həyata bağlanması üçün beynəlxalq ictimaiyyətin dəstəyi həyati əhəmiyyət kəsb edir.

Günel Həsənova

Gununsesi.info