7 oktyabrdan bəri ilk: Böyük Britaniyada iki qəzzalı uşaq

İngiltərə, İsrailin 7 oktyabr 2023-cü il tarixindən hücumlarına başladıqdan sonra ilk dəfə olaraq iki Qəzzalı uşağa ölkədə müalicə üçün viza verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Britaniya mətbuatının SKY News-a istinadən verdiyi məlumata görə, müalicəsi Misirdə davam edən 5 və 12 yaşlı iki uşağın İngiltərəyə girişinə icazə verilib.

Misirin paytaxtı Qahirədən Londona gedən iki uşaq, İsrailin Qəzzaya qarşı hücumu 7 oktyabr 2023-cü ildə başladığından bəri İngiltərədə müalicə almasına icazə verilən ilk qəzzalı olub.

Müalicə üçün vasitəçi olan Project Pure Hope-un rəsmisi 17 aydır bunun üçün mübarizə apardıqlarını bildirib.

5 yaşlı Ghena Abed göz müalicəsini, 12 yaşlı Rama Qudiah isə bağırsaq müalicəsini İngiltərədə davam etdirəcək.

Orxan

Gununsesi.info