
Cənubi Koreya xəbərdarlıq edib ki, Şimali Koreyanın yeni hərbi gəmisinin buraxılmasına baxmayaraq, yerləşdirilməsi illər çəkə bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü polkovnik Li Sonq-jun, Şimali Koreyaya məxsus “Çhoe Hyon” hərbi gəmisinin tam istismara verilməsi üçün “xeyli” vaxt lazım olduğunu bildirib.
Döyüş gəmisinin texniki imkanlarına toxunan Li, “Onun silah və avadanlıqlarına baxdıqda, onun Rusiyadan texnoloji və ya maliyyə yardımı alma ehtimalı var” deyib.
Li Cənubi Koreya ordusunun Şimali Koreyanın silah inkişaf etdirmə fəaliyyətlərini yaxından izləməyə davam etdiyini bildirdi.
Orxan