Tramp planlarını təsadüfən sızdırdıqdan sonra Mike Waltz-ı işdən çıxarır

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsu jurnalistlə söhbət qrupunda səhvən müharibə planlarını paylaşdığı üçün işdən çıxarıb. Xarici işlər naziri Marko Rubio bu vəzifəyə müvəqqəti olaraq təyin edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yanvarın 20-də ABŞ prezidenti kimi ikinci müddətə başlayan Donald Tramp administrasiyasında ilk böyük vəzifə dəyişikliyinə imza atıb.

“Truth Social” sosial media platformasında açıqlama verən ABŞ prezidenti bildirib ki, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals BMT-dəki daimi nümayəndə vəzifəsini icra edəcək..

Valsın vəzifəsini müvəqqəti olaraq ABŞ dövlət katibi Marko Rubio icra edəcək. Rubio bu müddət ərzində ABŞ dövlət katibi vəzifəsini davam etdirəcək.

“O, hərbi geyimdə olarkən, döyüş meydanında, Konqresdə və mənim Milli Təhlükəsizlik Müşavirim olduğu müddətdə millətimizin maraqlarını hər şeydən üstün tutdu”, – Tramp yazıb.

Orxan

Gununsesi.info