Qurudulmuş keşiş mumiyasının sirri açıldı

Tədqiqatçılar Avstriya kəndlərindən birində kilsənin qəbrində gizlədilən mumiyanın sirrini həll ediblər. Bədənin divarları açılmayan mumiyanın əvvəllər məlum olan mumiyalama üsullarından çox fərqli şəkildə hazırlandığı bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avstriya kəndində tapılan mumiyanın sirri açılıb. Tədqiqatçılar mumiyanın gözlənilməz bir şəkildə (düz bağırsaq vasitəsilə) mumiyalandığını izah etdilər.

The Guardian qəzetinin yazdığına görə, Müqəddəs Tomas am Blasenşteyn kilsəsinin qəbrində saxlanılan mumiyalanmış cəsədin ətrafında çoxdan “intriqa” var. 

Qalıqların 1746-cı ildə 37 yaşında ölən və mumiyaya “havada qurudulmuş keşiş” ləqəbini qazandıran aristokrat keşiş Franz Xaver Sidler fon Rosenegg-in təbii şəkildə qorunub saxlanmış cəsədi olduğu deyilirdi.

İndi ekspertlər cəsədin qarın və çanaq boşluqlarına taxta çipləri, xırdalanmış budaqlar, çətənə və ipək kimi parçalar və sink xlorid (bədənin içindən mayeləri udacaq materiallar) dolduraraq mumiyalandığını aşkar etdiklərini deyirlər.

 

Orxan

Gununsesi.info