Yaponiya Rusiya ilə sülh bağlamaq istəyir

  • By Günel
  • 08 Aprel 2025 09:03

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətində olduğunu bəyan edib.

Gununsesi.info verir ki , bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adı ilə tanınan illik hesabatında deyilir .

Sənəddə vurğulanır ki, Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamağa çalışmaqla yanaşı, cənub Kuril adalarının məsələsində öz mövqeyini bundan sonra da müdafiə edəcək: “Hökumət dörd şimal adası (Kuril adalarını Yaponiyada belə adlandırırlar – red.) üzərində mülkiyyət məsələsinin həlli və sülh müqaviləsinin bağlanması siyasətinə sadiq qalmağa davam edəcək”.

Gununsesi.info