Netanyahunun həbs qorxusu

  • By Admin2
  • 07 Aprel 2025 12:42

Macarıstana səfərini başa vuran İsrailin baş naziri Benyamin Netanyahu növbəti dayanacağı olan ABŞ-a uçub. İsrail lideri bəzi Avropa ölkələrinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına əməl edəcəyi ilə bağlı narahatlıqlar fonunda marşrutunu uzadıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin “Haaretz” qəzetinin yazdığına görə, İsrailin baş naziri Binyamin Netanyahu təcili eniş zamanı bəzi Avropa ölkələrinin Qəzzada törədilən hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərlə bağlı BCM-nin qərarını həyata keçirmə ehtimalına görə marşrutunu uzatmağa üstünlük verib.

Netanyahu Macarıstanın paytaxtı Budapeştdən ABŞ-ın paytaxtı Vaşinqtona gedərkən 400 kilometr daha çox uçub.

İsrailin İrlandiya, İslandiya və Hollandiyanın ICC qərarını həyata keçirəcəyini gözlədiyinə görə, Netanyahunun təyyarəsi Xorvatiya, İtaliya və Fransa üzərindən Vaşinqtona uçdu.

Haaretz xəbər verir ki, İsrail Qəzzaya şiddətli hücumlara başladıqdan sonra Netanyahunun ABŞ-a bütün uçuşları Yunanıstan, İtaliya və Fransadan keçib.

Netanyahunun Macarıstana səfəri onun barəsində həbs qərarı çıxarıldıqdan sonra BCM-yə üzv olan ölkəyə ilk səfəri kimi qeydə alınıb.

Macarıstan hökuməti BCM-dən çıxmaq qərarını açıqlayıb.

Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabr 2024-cü ildə elan etdiyi qərarda İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbsə orderlər verdiyini açıqlayıb.

Orxan

Gununsesi.info