Çin Mars atmosferində enerji ilə doldurula bilən akkumulyator hazırlayıb

  • By Günel
  • 12 Oktyabr 2024 00:57

Çin alimlərinin Marsın atmosferi ilə doldurula bilən və Marsın sərt şərtlərinə tab gətirə bilən batareya hazırladıqları bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları hazırlanmış batareyanın 1350 saatdan çox (iki Mars ayı) işləyə biləcəyini açıqlayıblar.

Marsda atmosfer tərəfindən doldurula bilən və sərt şərtlərə davamlı olduğu qeyd edilən batareya, sıfırdan 60 dərəcəyə qədər olan şəraitdə gecə-gündüz işlək qala bilir.

Yeni hazırlanmış batareya adi batareyalar kimi enerji saxlamasa da, davamlı olaraq kimyəvi maddələrlə reaksiya verərək elektrik enerjisi istehsal edə bilir, günəş və nüvə enerji mənbələri ilə doldurula bilir.

Çin Elm və Texnologiya Universitetinin tədqiqatçısı Xiao Xu, batareyanın işləmə üsulu ilə bağlı verdiyi açıqlamada, batareyanın Mars atmosferindəki karbon qazı, oksigen və karbon monoksitdən “enerji” olaraq istifadə edə biləcəyini söyləyib.

Bu batareyaların işə salınma xərclərini azaldacağına işarə edən Xiao, bunun kosmosdakı işlər üçün faydalı olacağını qeyd edib.

Günel Həsənova

Gununsesi.info