XİN həbs edilən diplomatın fəaliyyətini araşdırır

  • By admin
  • 28 Yanvar 2025 15:59

Hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi  diplomat Ramiz Vəliyevin fəaliyyəti Xarici İşlər Naziriyi tərəfindən də təftiş olunur.

Bu barədə Gununsesi.info-ya XİN-dəki mənbələr bildirib.

Məlumata görə, nazir Ceyhun Bayramovun göstərişi ilə Ramiz Vəliyevin diplomat kimi keçmiş fəaliyyəti araşdırılır.

 

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı nazirliyin sözçüsü Ayxan Hacızadəyə soğru versə də buna cavab ala bilməyib.

 

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Vəliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Afət Abbasova

Gununsesi.info