Cevdet Yılmaz: Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azaldıb

  • By ilhame
  • 10 İyul 2024 13:58

Türkiyənin müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azalıb.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Orta Şərq Texniki Universitetinin Araşdırma mərkəzlərinin açılış mərasimindəki çıxışı zamanı deyib.

 

O bildirib ki, indi bu göstərici 20 faizdən də aşağıdır: “Halbuki 20 il əvvəl müdafiə sənayesi sahəsində xaricdən asılılığımız 80 faiz idi. Xaricdən asılılığın azalması təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət daşıyır”.

Gununsesi.info