
Fransız təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada müstəqillik tərəfdarlarına təzyiqlərini davam etdirir.
Təzyiqlər nəticəsində adada baş verən hadisələr zamanı ölənlərin sayı 10-çatıb, 1 nəfər isə polis tərəfindən öldürülüb.
Gununsesi.info bu barədə Fransa mətbuatının Noumea Prokurorluğuna istinadən yaydığı məlumata istinadla xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, pokis ona atəş açan müstəqillik tərəfdarını güllələyərək öldürüb.
Yeni Kaledoniyada Fransa hökumətinin konstitusiya islahatları təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarları mayın 13-dən etirazlara başlayıb.
Fransa hökuməti Yeni Kaledoniya xalqı olan Kanakların qanuni etirazlarını güc tətbiq edərək yatırtmaq üçün bölgəyə çoxlu sayda polis qüvvələri göndərərək, fövqəladə vəziyyət elan edib.
Prezident Emmanuel Makron 30 iyun və 7 iyul tarixlərində Fransada keçirilən növbədənkənar ümumi seçkilər öncəsi konstitusiya islahatları təşəbbüsünü dayandırdığını açıqlayıb.
Ceyhun
Gununsesi.info