Bütün məhkumların səsvermə hüquqi tanınır - Abiddin Hüseynov

  • By ilhame
  • 10 İyul 2024 13:55

“Azərbaycanda bütün məhkumların səsvermə hüquqi tanınır”.

 

Gununsesi.info xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov MSK-da keçirilən müşavirədə deyib.

 

Nazir müavini bildirib ki, Azərbaycan yeni milli dövlətçilik ənənələrinin formalaşmasında bir sıra addımlar atıb:

 

“Artıq seçkilərə 2 aydan az vaxt qalıb. Qarşımızda mühüm vəzifələr durur. Ədliyyə Nazirliyi seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesində iştirak edir. Əhalinin reyestrində olan məlumatlar MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olur. Bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır. Əvvəllər bu kimi hallardan süni istifadə etmək istəyənlər olurdu”.

Gununsesi.info