Universitetdə qadının kəsilmiş başı tapıldı

Polşanın Varşava Universitetinə daxil olan 22 yaşlı gənc balta ilə hücum edib. Hücum edən şəxs saxlanılıb, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Polşanın paytaxtı Varşavada balta hücumu baş verib . Polşa polisi 22 yaşlı polşalının saxlanıldığını açıqlayıb.

Hücum Varşava Universitetində baş verib. Universitet hadisəni “böyük faciə” kimi qiymətləndirib. Varşava polisi X sosial media platformasında da “Polis Varşava Universitetinin şəhərciyinə daxil olan bir şəxsi saxladı. 1 nəfər ölüb, 1 nəfər yaralı xəstəxanaya aparılıb” deyə açıqlama verib.

Polisin verdiyi məlumata görə, hadisə dünən yerli vaxtla saat 18.40 radələrində baş verib. Cinayəti törədən şəxs əlində balta ilə kampusdakı insanlara hücum edib. 

Varşavada çıxan “Gazeta Wyborcza” qəzeti hücumçunun Hüquq fakültəsinin üçüncü kurs tələbəsi olduğunu bildirib. Polsat News xəbər verir ki, universitetdə qadının kəsilmiş başı və balta tapılıb. Rayon Prokurorluğu kəsilmiş başın tapılıb-tapılmaması ilə bağlı şərh verməkdən imtina edib. 

Orxan

Gununsesi.info