
ABŞ prezidenti Tramp böyük və hörmətli bir ölkə ilə ticarət müqaviləsi imzalayacaqlarını açıqladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial media hesabında yeni paylaşım edib.
Truth Social hesabında verdiyi açıqlamada Tramp bu gün yerli vaxtla saat 10:00-da mətbuat konfransı keçirəcəyini bildirib.
ABŞ prezidenti yazıb: “Sabah səhər saat 10:00-da Oval kabinetdə böyük və hörmətli bir ölkənin nümayəndələri ilə əhəmiyyətli bir ticarət razılaşması ilə bağlı mətbuat konfransı olacaq. Bu, daha bir çox sazişlərdən birincisi olacaq”.
ABŞ mətbuatına əks olunan xəbərlərdə Trampın bəhs etdiyi ölkənin İngiltərə olduğu iddia edilib.
Orxan