2020-ci ildə doğulanların nəzərinə!

1,5°C-dən çox qlobal istiləşmə uşaqlara ciddi təsir göstərəcək. 2020-ci ildə doğulan 100 milyon uşaq həyatı boyu həddindən artıq istilərə məruz qalacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Save the Children və Vrije Universiteit Brüssel tərəfindən nəşr olunan yeni araşdırma 1,5°C-dən çox qlobal istiləşmənin xüsusilə uşaqlar üçün ciddi nəticələrə səbəb olacağını vurğuladı.

Araşdırmaya görə, 1,5°C qlobal istiləşmə hədəfi yerinə yetirilməsə, bu gün beş yaşında olan uşaqların 83%-i həyatları boyu təhlükəli isti dalğalarına məruz qalacaqlar.

Tədqiqatçılar təkcə istilik dalğalarının deyil, həm də quraqlıqların, kənd təsərrüfatı məhsuldarlığının itirilməsinin, çay daşqınlarının, meşə yanğınlarının və tropik fırtınaların uşaqlara təsirini modelləşdiriblər.

 

Orxan

Gununsesi.info