
Hindistanda yeddi nəfərlik helikopterin qəzaya uğraması nəticəsində 5 nəfərin öldüyü bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “India Today”-in məlumatına görə , yerli vaxtla saat 09:00 radələrində Hindistanın Uttarkaşi rayonunda yerləşən Qanqanani İsti Bulaqları yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 1-i ağır olmaqla 2 nəfər yaralanıb.
Uttarakhand Baş Naziri Pushkar Singh Dhami verdiyi açıqlamada helikopterin qəzaya uğramasının səbəblərinin araşdırılmasına göstəriş verdiyini bildirib.
Bildirilib ki, hadisə xüsusi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopter Qanqotriyə gedərkən baş verib.
Orxan