Ukraynada partlayışlar olub - ölən və yaralananlar var

  • By Günel
  • 02 İyul 2025 23:35

Ukraynanın Jitomir şəhəri yaxınlığındakı magistral yolda iki partlayış baş verib.

Gununsesi.info “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.

“M-06 şossesinin Jitomir yaxınlığındakı Berezina qəsəbəsində iki partlayış baş verib. İki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını təsdiqləyə bilərik”, – Buneçko qeyd edib.

O, partlayış nəticəsində fərdi yaşayış evlərinin də zərər çəkdiyini vurğulayıb. Zərərçəkənlərə yardım göstərilib. Magistral avtomobillərin minimal hərəkəti ilə təmin olunub.

Gununsesi.info