ABŞ Ukraynaya göndərəcəyi sursatın bir hissəsini dayandırıb

  • By Admin2
  • 02 İyul 2025 10:11

ABŞ-nin Ukraynaya göndərilməsi planlaşdırılan bəzi həssas döyüş sursatlarının “ehtiyatlarının tükənməsi səbəbindən” daşınmasını dayandırdığı öyrənilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də  yerləşən Politico nəşrinin məlumatına görə, Pentaqon Ukraynaya göndərilməsi planlaşdırılan bəzi hava hücumundan müdafiə raketləri və dəqiq döyüş sursatlarının göndərilməsini dayandırıb.

Xəbərlərdə və məsələyə yaxın mənbələrə əsaslanan məlumata görə, qərar ABŞ-nin öz müdafiə ehtiyatlarının kritik səviyyələrə düşməsi ilə bağlı narahatlıqlara əsaslanır.

Qərarın keçmiş prezident Co Baydenin hakimiyyəti dövründə Ukraynaya veriləcəyi vəd edilən yardım çərçivəsində qəbul edildiyi, lakin icranın iyunun əvvəlində dəqiqləşdirildiyi və hazırda qüvvəyə mindiyi bildirilib.

Orxan

Gununsesi.info