
Roma Papası XIV Leo noyabrda Türkiyəyə səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Anadolu agentliyi Türkiyə Prezidenti Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Türkiyə liderinin xanımı Əminə Ərdoğanla pontifik arasında Vatikanda keçirilən görüşdə Papa XIV Leo Türkiyəyə səfər etməyi istədiyini bildirib. O, Əminə Ərdoğana “Papa kimi ilk xarici səfərlərimdən birini Türkiyəyə etmək istərdim” deyib. Səfərin planlaşdırıldığı bildirilib və bu səfərin noyabr ayının sonunda baş tutması nəzərdə tutulur.
Papa XIV Leo, həmçinin bu il Nikea Şurasının 1700 illiyinin qeyd edildiyini vurğulayıb və Türkiyənin xristian dünyası üçün əhəmiyyətini qeyd edib. “Türkiyə xristianlar üçün mühüm ölkədir, sülhün qurulması üçün mühüm körpü rolunu oynayır”, – deyə pontifik bildirib.
Əminə Ərdoğan isə Papa ilə görüşün prioritet mövzusunun Qəzza zolağında davam edən humanitar böhran olduğunu qeyd edib. O, xristian dünyasının atəşkəsin təmin edilməsi və humanitar yardımların çatdırılması məsələsində daha sərt mövqe tutmasının vacibliyi barədə fikir mübadiləsi aparıldığını bildirib. Həmçinin, o, Vatikanın iki dövlətli sülhün təmin edilməsi üçün erməni sülh yoluna verdiyi dəstəyi məmnuniyyətlə qeyd edib.