
Cəlilabadda fərdi yaşayış evi yanıb.
Gununsesi.info xəbər verir ki, yanğın rayonunun Ocaqlı kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Məhərrəm Əhmədova məxsus fərdi yaşayış evi qəfildən alovlanıb.
Hadisə yerinə Cəlilabad və Göytəpə şəhərlərindən yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info