Fordoya aparan yeni yola gizli hazırlıq varmı?

  • By Admin2
  • 02 İyul 2025 10:20

İsrail və ABŞ tərəfindən bombalanan İranın Fordo Nüvə Tesisində yeni fəaliyyət peyk görüntülərinə düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail- İran müharibəsi atəşkəslə başa çatdı, lakin Tehranın nüvə fəaliyyəti hələ də müzakirə mövzusudur.

Yeni peyk görüntüləri İranın Fordo uranın zənginləşdirmə obyektində yeni giriş yolu inşa etdiyini göstərir.

Kadrlarda həmçinin Tehran hökumətinin keçən ay ABŞ-ın kritik yeraltı nüvə obyektinə endirdiyi hava hücumunun vurduğu zərəri qiymətləndirmək üçün istifadə oluna biləcək tikinti avadanlığını daşıdığı da əks olunub.

Maxar Technologies peyk şirkəti tərəfindən son günlərdə çəkilmiş görüntülər, ekskavatorlar və mobil kranlarla birlikdə Fordo nüvə zavodunun yerləşdiyi dağa doğru gedən yeni yolu göstərir.

İranın nüvə proqramını araşdıran Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun verdiyi məlumata görə, ekskavator yeraltı obyektə dəymiş ziyanı yoxlamaq üçün Amerika bombalarının yaratdığı çuxurlara kameralar və ya personal göndərmək üçün səhnə hazırlayırdı.

Orxan

Gununsesi.info