Anar Ələkbərovdan Leyla Əliyevaya doğum günü təbriki

  • By Günel
  • 03 İyul 2025 08:01

O, mərhəməti, səmimiyyəti və qəlbinin hərarəti ilə bu dünyanı daha da gözəlləşdirir. Dərindən hiss etməyi, anlamağı və başqasının dərdinə şərik olmağı bacarır. Onun böyük qəlbi sonsuz səxavətlə doludur. O, hər zaman köməyə ehtiyacı olanların yanındadır. Təbiətə olan qayğıkeş münasibəti bütün canlılara səmimi sevginin nümunəsidir. Onun xoşniyyətliliyi və insanları bir araya gətirmək bacarığı ətrafında inam və dostluq mühiti yaradır, bu da dünyanın hər yerində Azərbaycana yeni dostlar qazandırır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərəv öz sosial şəbəkəsində yazıb.

Əziz Leyla, doğum günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, sevgi və xoşbəxtlik arzulayıram!

Gununsesi.info