Somalidə hərbi helikopter qəzaya uğrayıb

  • By Admin2
  • 02 İyul 2025 13:29

Somalinin paytaxtı Moqadişoda Aden Adde beynəlxalq hava limanına eniş etmək istəyən hərbi helikopter qəzaya uğrayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şərqi Afrika ölkəsi Somalinin paytaxtı Moqadişoda hərbi helikopter qəzaya uğrayıb.

Somali dövlət mətbuatında yer alan xəbərlərə görə, Ədən Əddə beynəlxalq hava limanında qəzaya uğrayan helikopter Afrika İttifaqının sülhməramlı missiyasına məxsus olub. 

Aviasiya rəsmisi BBC-yə bildirib ki, təyyarə Uqanda ordusuna məxsusdur və insident zamanı göyərtədə 8 nəfər olub. 

Somalinin dövlət yayımçısı SONNA-nın X hesabında paylaşılan məlumata görə, qəzaya uğrayan helikopter Afrika İttifaqının Somalidəki Dəstək və Sabitləşdirmə Missiyası (AUSSOM) üçün işləyirdi. SONNA həmçinin hadisə zamanı təyyarədə 8 nəfərin olduğunu təsdiqləyib. Qəzanın helikopter eniş edərkən baş verdiyi və qəzaya uğrayan helikopterdə baş verən yanğının nəzarət altına alındığı bildirilib. 

Qəzada ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil, lakin hava limanının əməkdaşı Farah Abdulle Reuters xəbər agentliyinə deyib: “Biz partlayışı eşitdik, helikopterdən tüstü və alov çıxdığını gördük. Tüstü helikopterin hər yerini bürüdü”. 

Somalidə hərbi helikopter qəzaya uğrayıb - 1

Somali Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd Maalim BBC-yə bildirib ki, vertolyot hava limanının hərbi hissəsinə enir və Aşağı Şabelle bölgəsindəki Balidoqle aviabazasından havaya qalxıb. 

Məalim bildirib ki, qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparılır. 

AUSSOM-un Somalidə Əl-Şəbabla mübarizədə kömək etmək üçün 11.000-dən çox əməkdaşı var. 

Orxan

Gununsesi.info