
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, məlumatı yerli mətbuat yayıb.
Sadır Cəfərov bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün Azərbaycana gələcək.
Xankəndində keçiriləcək sammitdə Əfqanıstan, Azərbaycan, İran, Pakistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə və Türkmənistan liderləri də iştirak edəcək.
S.Japarovun səfəri zamanı Azərbaycanın Ağdam rayonunda Qırğızıstan tərəfindən tikilmiş Aykol Manas məktəbinin rəsmi açılışı da olacaq.
Xatırladaq ki, İƏT-in 17-ci zirvə görüşü iyul 3-4-də Xankəndi şəhərində keçiriləcək.