
Şimali Kaliforniyada atəşfəşanlıq anbarında baş verən partlayış nəticəsində 7 nəfər itkin düşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Telekanalın məlumatına görə, fövqəladə hallar xidmətləri və mülk sahibi itkin düşənlərin tapılması üçün birgə işləyirlər.
Səlahiyyətlilər pilotsuz təyyarələrdən istifadə edərək vəziyyəti izləyir.