
Kaliforniya məhkəməsi “Google” un Android telefon istifadəçilərinin məlumatlarından icazəsiz istifadə etdiyinə qərar verib və şirkəti 314,6 milyon dollardan çox cərimələyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə “Google” un hətta qurğular boş olduqda belə, istifadəçi icazəsi olmadan Android telefonlarından məlumat topladığı bildirilir.
İddiaçıların fikrincə, bu vəziyyət istifadəçilər üçün qaçılmaz bir yük yaradıb və “Google” bu yükdən reklam kimi kommersiya fəaliyyətləri üçün yararlanıb.
İddiaçıların vəkilinin sözlərinə görə, qərar Kaliforniya ştatında təxminən 14 milyon Android istifadəçisini əhatə edir.
“Google” sözçüsü Xose Kastaneda verdiyi açıqlamada qərara etiraz edəcəklərini və jürinin “Android cihazlarının təhlükəsizliyi, performansı və etibarlılığı üçün kritik xidmətləri səhv başa düşdüyünü” iddia etdi.
Şirkət məhkəməyə iddia etdi ki, istifadəçilər zərər görmədən və xidmət şərtləri və məxfilik siyasətini qəbul edərək bu məlumat ötürülməsinə razılıq veriblər.
2019-cu ildə açılan iddiaya əyalət məhkəməsində baxılır, digər 49 ştatda Android istifadəçiləri adından verilən oxşar iddia isə San Xose federal məhkəməsində davam edir. Bu işə 2026-cı ilin aprelində baxılması planlaşdırılır.
Günel