“İsa Məsihin dövründən xarici işlər naziridir” - NATO-nun baş katibi

  • By Günel
  • 02 İyul 2025 22:38

NATO-nun baş katibi Mark Rütte Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bağlı sərt açıqlama verib. 

Gununsesi.info xəbər verir ki, Lavrovun alyansın mümkün dağılmasından danışması Rütteni qəzəbləndirib.

“Lavrov – məncə, İsa Məsihin doğulduğu gündən Rusiyanın xarici işlər naziridir və o vaxtdan bəri onun ağzından faydalı heç nə çıxmayıb”, – deyə Rütte bildirib.

Gununsesi.info