Senat Trampın vergi güzəştləri layihəsini qəbul etdi

  • By Günel
  • 02 İyul 2025 09:05

ABŞ Senatı çərşənbə axşamı Prezident Donald Trampın külli miqdarda vergi və xərclərin azaldılmasına dair qanun layihəsini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qanun vergiləri və sosial təhlükəsizlik proqramlarını azaltmaq, hərbi xərcləri artırmaq və immiqrasiya qanunlarını sərtləşdirmək məqsədi daşıyır. Bununla da dövlət borcuna 3,3 trilyon dollar əlavə ediləcək

Qanun layihəsi yekun təsdiq üçün Nümayəndələr Palatasına göndəriləcək.

Tramp qanunu 4 iyula qədər imzalamaq istəyir.

Gununsesi.info