
İsraildə İranla müharibənin davam etdiyi bir vaxtda keçirilən və bu gün dərc edilən sorğu göstərib ki, İsrail ictimaiyyətinin yarıdan çoxu Netanyahuya inanmır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin İrana hücumu ilə başlayan 12 günlük müharibədən sonra atəşkəs davam edərkən, İsraildə aparılan sorğu İsrail ictimaiyyətinin yarıdan çoxunun baş nazir Benyamin Netanyahuya güvəndiyini ortaya qoydu.
Haaretz qəzetində yer alan xəbərə görə, İsrail Demokratiya İnstitutunun keçirdiyi sorğunun nəticələri bu gün ictimaiyyətlə paylaşılıb. Sorğunun nəticələri göstərdi ki, müharibə Netanyahu haqqında ictimaiyyətin fikrində ciddi dəyişikliyə səbəb olmayıb. Rəyi soruşulanların yalnız 46 faizi Netanyahuya güvəndiyini bildirib. Yəhudi israillilər arasında güvən nisbəti 46 faiz olduğu halda, ərəb vətəndaşları arasında bu nisbət cəmi 10 faiz idi.
Sözügedən sorğu ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəs qüvvəyə minməzdən əvvəl, 22-23 iyun tarixlərində keçirilib. İsraillilərdən öz ölkələrinin liderlərinə nə qədər güvəndikləri soruşulub.
Orxan