Trampdan Putinə böyük jest

  • By Günel
  • 02 İyul 2025 22:17

ABŞ Tramp administrasiyası Rusiyanın iri banklarına qarşı sanksiyaları müvəqqəti dayandırdı.

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın əsas maliyyə institutlarına qarşı tətbiq edilmiş sanksiyaları 19 dekabr 2025-ci il tarixinədək müvəqqəti olaraq ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu qərar xüsusilə mülki nüvə əməkdaşlığı sahəsində məhdud əməliyyatlara icazə verilməsi ilə əlaqədardır.

Dayandırılan sanksiyalar aşağıdakı iri qurumlara şamil olunur:

Rusiya Mərkəzi Bankı
Sberbank, Qazprombank, VEB, VTB
Alfa-Bank, Otkritie, Rosbank, Sovcombank
Zenit, Bank Sankt-Peterburq, NCC

Analitiklər bu addımı Vaşinqtonun Moskva ilə müəyyən sahələrdə əməkdaşlığı davam etdirmək niyyəti kimi qiymətləndirirlər.

Ukrayna təhlilçiləri isə bu addımı birbaşa Trampın Putinə hədiyyəsi kimi qiymətləndirirlər.(Musavat.com)

Gununsesi.info