Layin çipləri geri çağırılır

  • By Admin2
  • 02 İyul 2025 10:39

PepsiCo-nun Hollandiya fabrikində istehsal olunan Lay’s Wokkels və Bugles seriyalı çiplərində qadağan olunmuş maddə aşkar edilib. Belçika və Hollandiyada 20-dən çox məhsul geri çağırılıb…

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, PepsiCo BeLux şirkəti Lay’s brendindən Wokkels və Bugles daxil olmaqla, 20-dən çox məhsulu geri çağırmaq qərarına gəlib.

Bildirilib ki, Hollandiyanın istehsalat müəssisələrində istehsal xətası səbəbindən məhsulların bəzi partiyalarında qeyri-ərzaq təyinatlı mineral yağlar (MOSH və MOAH) aşkar edilib. Avropa Birliyi qanunvericiliyi ilə qadağan edilən bu maddələr uzun müddətli istehlakda sağlamlıq üçün ciddi risklər yaradır.

Bir çox Belçika ərzaq mağazası ehtiyat tədbiri olaraq yalnız müəyyən məhsul partiyalarını geri çağırsa da, Albert Heijn və Jumbo kimi Hollandiya zəncirləri daha əhatəli geri çağırışa başladılar.

Orxan

Gununsesi.info