
Misirin Süveyş körfəzində qazma gəmisi çevrilib. Gəmidə azı 3 nəfər ölüb, onlardan 6-sı xilas edilib, 21 nəfər itkin düşənlərin isə axtarışı aparılır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Misirin şərqindəki Süveyş körfəzində qazma gəmisi çevrilib . İlkin məlumata görə, 3 nəfər həyatını itirib, 21 nəfər itkin düşüb.
Misir Neft Nazirliyindən verilən açıqlamada, bu yaxınlarda Dəniz Şukheir Neft Şirkətindən (OSOCO) “Adam Marine 12” adlı qazma gəmisinin Cəbəl-Zeyt bölgəsində batması barədə məlumat alındığı açıqlanıb.
Hadisələrin anında izləndiyi, rayondakı aidiyyəti qurumlar və tabe şirkətlərlə razılaşdırılaraq lazımi tədbirlərin görüldüyü bildirilib.
Əl-Şoruk bildirib ki, qazma gəmisi Əşrəfiya platforması yaxınlığında yeni iş sahəsinə aparılarkən çevrilib.
Orxan