Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak olub

  • By Günel
  • 13 İyul 2025 15:55

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda azərbaycanəsilli hərbi qulluqçu həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, 1982-ci il təvəllüdlü sanitar təlimatçısı Əminə Əli qızı Mehdiyeva iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelniki rayonunun Novopavlivka qəsəbəsi ərazisində döyüş tapşırığı yerinə yetirərkən həlak olub.

Gununsesi.info